Rusiya səfiri "İl-20" insidentinə görə Finlandiya XİN-ə çağırılıb - YENİLƏNİB
- 21 avqust, 2026
- 16:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın Finlandiyakı səfiri Pavel Kuznetsov bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
"Report" xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkəsindəki məlumatında bildirilir.
"Bu gün Finlandiya Xarici İşlər Nazirliyinə çağırılan Rusiya səfirindən ölkənin hava məkanının pozulması ehtimalı ilə əlaqədar izahat tələb edilib", - məlumatda deyilir.
Rusiyanın "İl-20" hərbi təyyarəsinin Finlandiyanın hava məkanını pozduğu ehtimal olunur.
"Report" xəbər verir ki, bu barədə "Yle" Finlandiyanın Sərhəd Xidmətinə istinadən məlumat yayıb.
"Rusiyanın İl-20 təyyarəsinin avqustun 20-də Fin körfəzinin qərb hissəsində, Utyodən cənubda Finlandiyanın hava məkanını pozduğundan şübhə edirik", - qurumun məlumatında bildirilir.
Qeyd olunub ki, ərazi sərhədlərinin ehtimal edilən pozulması təxminən 3 dəqiqə davam edib. Ən dərin nöqtədə hava gəmisi Finlandiya ərazisində, sahildən təxminən 4,7 dəniz mili məsafədə olub.
Bu arada Finlandiyanın müdafiə naziri Antti Həkkänen hava məkanının ehtimal olunan pozulması ilə bağlı araşdırmaya başlanıldığını bildirib.