Lavrov: "Rusiya və ABŞ arasında məhbus mübadiləsini müzakirə etmək üçün xüsusi kanal yaradılıb"

Digər ölkələr
  • 25 aprel, 2023
  • 17:55
Lavrov: Rusiya və ABŞ arasında məhbus mübadiləsini müzakirə etmək üçün xüsusi kanal yaradılıb

"Rusiya və ABŞ-ın həbsdə olan vətəndaşlarının mübadiləsini müzakirə etmək üçün bu ölkələrin prezidentləri arasında Cenevrə görüşündən sonra əldə edilmiş razılaşmaların nəticələrinə əsasən xüsusi kanal yaradılıb".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorka səfərindən sonra mətbuat konfransında deyib.

“Cozef Bayden və Vladimir Putin arasında 2021-ci ilin iyununda Cenevrədə ​əldə edilmiş razılaşmaya əsasən, ABŞ-da saxlanılan Rusiya vətəndaşlarının mübadiləsinin müzakirəsi üçün xüsusi kanal yaradılıb", - Lavrov bildirib.

Lavrov qeyd edib ki, ABŞ həbsxanalarında 60-a yaxın rusiyalı var.