​Lavrov Kiyevin Luqansk və Donetsk ilə birbaşa danışıqlar aparmalı olduğunu bildirib

Digər ölkələr
  • 29 aprel, 2015
  • 21:18
​Lavrov Kiyevin Luqansk və Donetsk ilə birbaşa danışıqlar aparmalı olduğunu bildirib

Bakı. 30 aprel. REPORT.AZ/ Rusiya və ABŞ-ın xarici siyasət idarələrinin rəhbərləri Sergey Lavrov və Con Kerri əlaqə qrupunun dörd işçi alt qrupunun formalaşdırılmasını dəstəklədiklərini bildiriblər.

"Report" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyindən iki tərəf arasında baş tutan telefon söhbətinin yekunu üzrə məlumat verilib.

"Nazirlər əlaqə qrupunun dörd işçi alt qrupunun yaradılması və tərəflərin 12 fevral tarixli Minsk razılaşmalarının bütün müddəalarının, o cümlədən atəşkəs rejiminə əməl etmə və ağır texnikanın geri çəkilməsi Ukraynada konstitusiyalı referendumun keçirilməsi, humanitar və iqtisadi problemlərin həlli məqsədi ilə alt qrupların tezliklə əməli işə başlamasını dəstəklədiklərini bildiriblər", - deyə Rusiya XİN-dən bildirlib.

Lavrov bütün bu məsələlərin Kiyevin Donetsk və Luqansk ilə stabil birbaşa dialoq ilə yoluna qoulmasınını zəruri olduğunu xüsusi qeyd edib.

44 - Tezliklə