​Latviya prezidentinin səlahiyyətləri parlamentin sədrinə verilib

Digər ölkələr
  • 19 yanvar, 2016
  • 14:05
​Latviya prezidentinin səlahiyyətləri parlamentin sədrinə verilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Latviya prezidenti Raymonds Veyonisin xəstəliyi ilə əlaqədar onun səlahiyyətləri konstitusiyaya uyğun olaraq, yanvarın 20-də ölkə parlamentinin (Seym) sədri İnara Murnietsaya verilib. 

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Seymin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Latviya prezidenti virus infeksiyasına yoluxub.