KXDR Cənubi Koreya və ABŞ-a xəbərdarlıq edib
Digər ölkələr
- 12 mart, 2023
- 04:31
Koreya Xalq Demokratik Respublikası (KXDR) Cənubi Koreya və ABŞ-ın təlimləri öncəsi ölkənin mühafizəsi ilə bağlı bir sıra tədbirlər qəbul edib.
“Report” xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Agentlik təsdiq edilmiş tədbirlərin məzmununu açıqlamayıb, lakin ABŞ və Cənubi Koreyanın təxribatlarının qırmızı xəttə çatdığını bildirib.
Bundan əvvəl məlum olub ki, Cənubi Koreya və ABŞ gələn həftə başlayacaq və martın 23-dək davam edəcək birgə təlimlər keçirməyi planlaşdırır.
Rəsmi Pxenyan xəbərdarlıq edib ki, Seul və Vaşinqton bu il birgə təlimlər keçirmək planlarını irəli sürsələr, görünməmiş güclü müqavimətlə üzləşəcəklər. KXDR onları təcavüzkar müharibəyə hazırlıq kimi qiymətləndirir.
Son xəbərlər
04:44
ABŞ nazirin olduğu təyyarə mühərrikdəki nasazlığı səbəbindən məcburi eniş edib
Digər ölkələr04:10
Minnesotada atışma olub, yaralılar var
Digər ölkələr03:48
Mübahisəli cəzadan sonra Obameyanq milli komandadan ayrılıb
Futbol03:13
CENTCOM İranda toy mərasiminin keçirildiyi yerə endirilən zərbəni araşdırır
Digər ölkələr02:37
Norveç Rusiyaya məxsus gəminin saxlanıldığını təsdiqləyib
Digər ölkələr02:14
Macarıstanın baş naziri: Ölkəmiz heç bir namizədin Aİ-yə sürətlə qəbulunu dəstəkləmir
Digər ölkələr01:46
ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 86 ticarət gəmisini saxlayıb
Digər ölkələr01:17
Estoniyanın müdafiə naziri istefa verib
Digər ölkələr00:48