Küveytdə parlament buraxılıb, növbədənkənar seçkilər elan olunub

Digər ölkələr
  • 03 avqust, 2022
  • 00:48
Küveytdə parlament buraxılıb, növbədənkənar seçkilər elan olunub

Küveytdə parlament rəsmən buraxılıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Küveytin vəliəhd şahzadəsi Şeyx Mişal Əl-Əhməd Əl-Cabir Əl-Sabah fərman imzalayıb.

Ölkədə 2 ay ərzində növbədənkənar ümumi seçkilərin keçiriləcəyi elan edilib.

Küveytdə hökumət və parlament arasında onilliklər ərzində yaranan narazılıqlar tez-tez kabinet dəyişikliyinə və qanunverici orqanın buraxılmasına səbəb olub. Parlament sonuncu dəfə 2016-cı ildə buraxılıb.

44 - Tezliklə