Kubada sərnişin avtobusunun aşması nəticəsində onlarla insan xəsarət alıb

Digər ölkələr
  • 15 fevral, 2018
  • 22:05
Kubada sərnişin avtobusunun aşması nəticəsində onlarla insan xəsarət alıb

Bakı. 16 fevral. REPORT.AZ/ Kubada sərnişin avtobusu aşıb.

"Report"un məlumatına görə, bu barədə ölkənin xəbərlər agentliyi bildirib.

Məlumata görə, hadisə Syeqo-de-Avila vilayətindəki əsas magistrallardan birində baş verib. Qəza zamanı 40 nəfər xəsarət alıb.

İlkin məlumata görə, sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib və nəticədə avtobus küvetə (şose yolu boyunca gedən xəndək - red) çıxaraq aşıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə şəraiti və səbəbi müəyyənləşdirilir.