Ərəb koalisiyasının Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 165 nəfərə çatıb

Digər ölkələr
  • 05 sentyabr, 2019
  • 21:26
Ərəb koalisiyasının Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 165 nəfərə çatıb

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının Yəmənin mərkəzi hissəsində yerləşən Damar əyalətindəki həbsxanaya endirdiyi hava zərbələri nəticəsində öldürülənlərin sayı 165 nəfərə çatıb.

Bu barədə "Report" "Al Jazeera"yə istinadən xəbər verir.

Yəmənin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, öldürülənlərdən 156-ı məhbuslardır. Hava zərbələri nəticəsində daha 50 nəfər yaralanıb.

Telekanal daha əvvəl bildirib ki, koalisiya qüvvələri avqustun 31-dən sentyabrın 1-ə keçən gecə Damar vilayətində anbara hava zərbələri endiriblər. Koalisiya qüvvələri hesab edir ki, burada pilotsuz uçuş aparatları, döyüş sursatları və raket silahları saxlanılır.

Husilər isə hava zərbələrinin hərbi əsirlərin saxlanıldığı keçmiş ictimai kollec binasına endirildiyini təsdiqləyiblər. Bildirilirdi ki, 7 hava zərbəsi endirilib və 200 nəfər yaralanıb.

İlkin xəbərdə həmçinin bildirilirdi ki, ərəb koalisiyasının Yəmənin mərkəzi hissəsində yerləşən Damar əyalətindəki həbsxanaya endirdiyi hava zərbələri nəticəsində azı 86 nəfər həlak olub.