Kiyevdə Ursula Fon der Lyayenə Ukraynanın "Avropa" ordeni təqdim ediləcək

Digər ölkələr
  • 15 iyul, 2026
  • 14:16
Kiyevdə Ursula Fon der Lyayenə Ukraynanın Avropa ordeni təqdim ediləcək

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Kiyevə səfəri çərçivəsində Prezident Volodimir Zelenski ona Ukraynaya, ölkənin müstəqilliyinə və bütövlükdə Avropa qitəsinin təhlükəsizliyinə verdiyi şəxsi töhfəyə görə "Avropa" ordenini təqdim edəcək.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Olof Qill Brüsseldə keçirilən brifinqdə bildirib.

O, təhlükəsizliyə görə səfərin sonrakı proqramını açıqlamaqdan imtina edib.

"Avropa" ordeni Avropa birliyinin möhkəmləndirilməsinə, Ukraynanın dəstəklənməsinə və ümumi Avropa dəyərlərinin müdafiəsinə verilən müstəsna töhfəyə görə dövlət mükafatı kimi Ukrayna tərəfindən təsis edilib.