Kiyevdə Azərbaycanla Ukrayna arasında strateji enerji əməkdaşlığının yeni mərhələsi müzakirə edilib

Digər ölkələr
  • 30 sentyabr, 2025
  • 15:36
Kiyevdə Azərbaycanla Ukrayna arasında strateji enerji əməkdaşlığının yeni mərhələsi müzakirə edilib

Ukrayna paytaxtı Kiyevdə "Azərbaycan – Ukrayna: Hidroakkumulyator Elektrik Stansiyası (HAES) və Bərpa Olunan Enerji Sahəsində Yeni Tərəfdaşlıq İmkanları" mövzusunda dəyirmi masa keçirilib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, tədbirdə məqsəd iki ölkə arasında strateji enerji əməkdaşlığının yeni mərhələsini açılması olub.

"Azərbaycan-Ukrayna Enerji Assosiasiyası" İctimai Təşkilatının təşəbbüsü ilə Ukrayna Milli Elmlər Akademiyasının zalında baş tutan tədbirdə hər iki ölkənin enerji sektorunun xadimləri, elmi institutlar, enerji şirkətləri, diplomatik korpus üzvləri və müstəqil ekspertlər iştirak ediblər. Azərbaycan tərəfi iclasa onlayn formatda qoşulub.

Tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Fərid Babayev də iştirak edib. Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev də tədbirə onlayn qatılıb.

Tədbirdə çıxış edən Ukraynanın energetika nazirinin müavini Nikolay Kolesnik, Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev, Azərbaycanın bu ölkədəki səfirliyinin müşaviri Rövşən Hüseynzadə, Ukrayna Ali Radasının deputatı Sergey Naqornyak və digər çıxışçılar iki ölkə arasında enerji sahəsində əməkdaşlığı yüksək qiymətləndiriblər.

Natiqlər müharibə dövründə Ukraynanın enerji obyektlərinin bərpasına verdiyi töhfəyə görə Azərbaycanın dəstəyini xüsusi vurğulayıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti