Kiprdə koronavirus səbəbindən yeni məhdudiyyətlər tətbiq ediləcək

Digər ölkələr
  • 16 iyul, 2021
  • 14:34
Kiprdə koronavirus səbəbindən yeni məhdudiyyətlər tətbiq ediləcək

Kiprdə koronavirusa yoluxanların sayının artması səbəbindən yeni məhdudiyyətlər tətbiq ediləcək. Məhdudiyyətlər əsasən peyvənd olunmamış şəxslərə şamil ediləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kipr Prezidenti Nikos Anastasiadis məlumat verib.

Son günlərdə Kiprdə gündəlik mindən artıq yoluxma qeydə alınır. İyun ayında isə gündəlik yoluxma sayı 30-50 arasında dəyişirdi.

44 - Tezliklə