Kazanda 45 min dollarlıq çar sikkələri və sovet ordenlərinin qaçaqmalçılığı ifşa olunub
- 23 iyun, 2026
- 15:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Kazan hava limanının gömrük əməkdaşları ümumi dəyəri 3,3 milyon rubl (45 min dollar) olan qiymətli əşyaların, o cümlədən II Yekaterina və Aleksandrın hakimiyyəti dövrünə aid sikkələrin Rusiyadan qanunsuz yolla çıxarılması cəhdinin qarşısını alıblar.
"Report" TASS-a istinadən xəbər verir ki, Rusiya Federal Gömrük Xidməti 112 nadir əşyanın çıxarılması faktını təsdiqləyib.
Məlumata görə, 58 yaşlı kişi onları ölkədən çıxarmağa cəhd edib.
Ekspertiza müsadirə edilən əşyaların böyük hissəsinin qızıl və gümüş ərintilərindən hazırlandığını göstərib.
Onlardan 58-i mədəni sərvət kimi tanınıb, bura II Yekaterina və I Aleksandrın hakimiyyəti, həmçinin Almaniya imperiyası dövrünə aid sikkələr daxildir.
Bundan əlavə, kolleksiyada "Döyüş xidmətlərinə görə" iki sovet medalı və beş "Ana şöhrəti" SSRİ ordeni aşkar edilib. Qalan əşyalar - zərgərlik məmulatları və süfrə ləvazimatları - strateji cəhətdən mühüm mallar kateqoriyasına aid edilib.
Faktla bağlı araşdırma aparılır.