Kanadanın Baş naziri: Yaxın gələcəkdə Ukraynanı 1 milyard dollarlıq silahla təmin edəcəyik - YENİLƏNİB

Digər ölkələr
  • 24 avqust, 2025
  • 14:22
Kanadanın Baş naziri: Yaxın gələcəkdə Ukraynanı 1 milyard dollarlıq silahla təmin edəcəyik - YENİLƏNİB

Kiyevdə səfərdə olan Kanadanın Baş naziri Mark Karni Ukraynanın tezliklə 1 milyard dollarlıq silah alacağını açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın “Rada” telekanalı məlumat yayıb.

"İyun ayında keçirilmiş G7 sammitində Kanada əlavə 2 milyard dollarlıq hərbi yardım vəd etdi. Bu gün mən qürurla elan edirəm ki, bu məbləğin 1 milyard dollarından çoxu gələn ay çatacaq pilotsuz təyyarələr, döyüş sursatları və zirehli maşınlarla təmin etməklə arsenalınızı gücləndirmək üçün istifadə olunacaq", - Karni deyib.

O, həmçinin bildirib ki, 2022-ci ilin fevralından Kanada təlimatçıları “Unifier” təlim missiyası çərçivəsində 45 min Ukrayna hərbçisinə təlim keçib.

Bundan əvvəl NATO-nun baş katibi Mark Rutte 2025-ci ildə Aİ və Kanadanın Ukraynaya 35 milyard avro dəyərində silah tədarük edəcəyini açıqlayıb.

10:27

Kanadanın Baş naziri Mark Karni Ukraynanın Müstəqillik Gününün 34-cü ilini qeyd etmək üçün bazar günü səhər Kiyevə gedib.

"Report" xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.

"Ukraynanın bu Müstəqillik Günündə və ölkəmizin tarixinin bu kritik anında Kanada Ukraynada ədalətli və davamlı sülhə nail olmaq üçün dəstəyini və səylərini artırır", - Karni bildirib.

44 - Tezliklə