Kanadada helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var

Digər ölkələr
  • 05 sentyabr, 2016
  • 00:23
Kanadada helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var

Bakı. 5 sentyabr. REPORT.AZ/ Kanadada helikopter qəzası baş verib.

"Report"un məlumatına görə, bu barədə "CBC" telekanalı xəbər yayıb.

Məlumata görə, hadisə Kempbelton şəhəri yaxınlığında qeydə alınıb. Qəzaya uğrayan helikopter elektrik dirəklərinə və naqillərə ilişdikdən sonra çayın kənarında düşüb.

Nəticədə 2 nəfər hadisə yerindəcə dünyasını dəyişib. Daha 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

Qəza səbəbindən Nyu-Bransiuk və Kvebekin 14 min sakini elektrik enerjisindən məhrum olub.