Kanada məktəblərindən birində atışma olub, ölənlər var
Digər ölkələr
- 22 yanvar, 2016
- 22:43
Bakı. 23 yanvar. REPORT.AZ/ Kanadanın Saskaçevan əyalətinin La Loş şəhər məktəbində atışma baş verib.
"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən "Saskatoon StarPhoenix" nəşri yazıb.
Asayiş keşikçilərinin məlumatına görə, atışma nəticəsində ən azı iki nəfər həyatını itirib.
Yerli tibb müəssisələrindən birinin əməkdaşı CBC telekanalına xəstəxanaya odlu silah yarası almış bir neçə şəxsin daxil olması faktını təsdiq edib. Yaralıların dəqiq sayı açıqlanmır.
Məktəbin "Facebook" səhifəsində hazırda binada fövqəladə vəziyyətin elan edildiyi yazılıb.
"CTV Saskatoon"un məlumatına görə, faktla bağlı üzərində tapança olan oğlan saxlanılıb.
Son xəbərlər
16:04
Türkiyə ərazisi ilə Suriyaya yarım ildə 735 milyon kubmetrdən çox Azərbaycan qazı nəql olunub
Energetika16:02
Foto
Kiyevdə Rusiyanın hücumu nəticəsində azərbaycanlıya məxsus restoran dağılıb
Digər ölkələr16:02
"Liverpul" 18 yaşlı hücumçu Cilian Nqessanı heyətinə qatır
Futbol16:02
Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib
Daxili siyasət15:57
Azərbaycanda fəaliyyətdə olan müəssisələrin 12 %-nin veb səhifəsi var
İKT15:41
Foto
Beynəlxalq Sülhə Dəstək Təlim Mərkəzinin nümayəndələri Ağdamda minatəmizləmə fəaliyyəti ilə tanış olublar
Xarici siyasət15:35
"DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub
Futbol15:32
Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb, atasını öldürən oğul saxlanılıb
Hadisə15:31