Azərbaycanda fəaliyyətdə olan müəssisələrin 12 %-nin veb səhifəsi var
- 31 avqust, 2026
- 15:57
Ötən il Azərbaycanda fəaliyyət göstərən 2 min 666 müəssisənin veb səhifəsi olub.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin göstərisindən 53 ədəd və ya 2 % çoxdur.
Bu cür müəssisələrin ölkədə fəaliyyətdə olan müəssisələrin sayında xüsusi çəkisi 11,8 % (əvvəlki ilə nisbətən 0,2 faiz bəndi çox) təşkil edib.
Veb səhifələrin 52-si (1 ədəd çox) kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 33-ü (dəyişməyib) mədənçıxarma sənayesi, 170-i (2 ədəd çox) emal sənayesi, 27-si (1 ədəd çox) elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 29-u (dəyişməyib) su təchizatı; tullantıların təmizlənməsi və emalı, 181-i (1 ədəd çox) tikinti, 227-si (5 ədəd çox) ticarət; nəqliyyat vasitələrinin təmiri, 86-sı (2 ədəd çox) nəqliyyat və anbar təsərrüfatı, 69-u (1 ədəd çox) turistlərin yerləşdirilməsi və ictimai iaşə, 162-si (1 ədəd çox) informasiya və rabitə, 426-sı (1 ədəd çox) maliyyə və sığorta fəaliyyəti, 53-ü (1 ədəd çox) daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 239-u (3 ədəd çox) peşə, elmi və texniki fəaliyyət, 106-sı (1 ədəd çox) inzibatı və yardımçı xidmətlərin göstərilməsi, 367-si (5 ədəd çox) dövlət idarəetməsi və müdafiə; sosial təminat, 134-ü (3 ədəd çox) təhsil, 124-ü (22 ədəd çox) əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 94-ü (2 ədəd çox) istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət və 87-si (1 ədəd çox) digər sahələrdə xidmət göstərən müəssisələrə məxsus olub.
Hesabat dövründə veb səhifəsi Azərbaycan serverlərində yerləşdirilmiş müəssisələrin sayı əvvəlki ilə nisbətən 560 ədəd və ya 33,4 % artaraq 2 min 237-ə çatıb.
Bunların 44-ü (17 ədəd çox) kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 22-si (9 ədəd çox) mədənçıxarma sənayesi, 129-u (10 ədəd çox) emal sənayesi, 21-i (8 ədəd çox) elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 25-i (10 ədəd çox) su təchizatı; tullantıların təmizlənməsi və emalı, 136-sı (59 ədəd çox) tikinti, 178-i (20 ədəd çox) ticarət; nəqliyyat vasitələrinin təmiri, 70-i (25 ədəd çox) nəqliyyat və anbar təsərrüfatı, 54-ü (16 ədəd çox) turistlərin yerləşdirilməsi və ictimai iaşə, 135-i (23 ədəd çox) informasiya və rabitə, 415-i (75 ədəd çox) maliyyə və sığorta fəaliyyəti, 40-ı (16 ədəd çox) daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 175-i (40 ədəd çox) peşə, elmi və texniki fəaliyyət, 77-si (7 ədəd çox) inzibatı və yardımçı xidmətlərin göstərilməsi, 348-i (109 ədəd çox) dövlət idarəetməsi və müdafiə; sosial təminat, 117-si (49 ədəd çox) təhsil, 101-i (38 ədəd çox) əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 80-i (19 ədəd çox) istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət və 70-i (12 ədəd çox) digər sahələrdə xidmət göstərən müəssisələrə məxsus olub.