Kaliforniyada sürücü maşını piyadaların üzərinə sürüb, xəsarət alanlar var

Digər ölkələr
  • 11 fevral, 2019
  • 09:51
Kaliforniyada sürücü maşını piyadaların üzərinə sürüb, xəsarət alanlar var
ABC News

Bakı. 11 fevral. REPORT.AZ/ Kaliforniya ştatının Fullerton şəhərində sürücünün maşını piyadaların üzərinə sürməsi nəticəsində 10 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

“Report” “Sacramento Bee”yə istinadən xəbər verir ki, polisin yaydığı məlumata görə, bazar gününə keçən gecə “Toyota Tacoma” tipli pikap izdihamlı küçədə səkiyə çıxaraq 18-49 yaş arasında on nəfəri əzdikdən sonra ağaca çırpılıb. Zərəçəkənlərdən bəziləri üçün həyati təhlükə olduğu bildirilir. 

Polis maşını yaxındakıların köməyi ilə kənara çəkərək altında qalanlara yardım göstərib.

Narkotik vasitənin təsiri altında olduğu bildirilən Kristofer Solis adlı 22 yaşlı sürücü saxlanılıb. Həmçinin yaxınlıqdakı daha 3 avtomobilə maddi ziyan dəyib.