​Kaliforniyada meşə yanğınları səbəbindən 300 evin sakinləri təxliyə edilib

Digər ölkələr
  • 24 iyul, 2016
  • 05:00
​Kaliforniyada meşə yanğınları səbəbindən 300 evin sakinləri təxliyə edilib

Bakı. 24 iyul. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatında baş verən meşə yanğınları səbəbindən 300-ə yaxın evin sakinləri təxliyə edilib.

"Report" "Vesti.ru"ya istinadən xəbər verir ki, Los-Ancelesin şimal-qərbində baş qaldıran yanğının sahəsi təqribən 4,5 min hektar ərazini əhatə edib.

Yanğının söndürülməsinə təqribən 300 yanğınsöndürən və 30 vertolyot cəlb olunub.

Hazırda zərərçəkənlər barədə məlumat yoxdur.

44 - Tezliklə