Kabildə partlayış törədilib, ölənlər və yaralanan var
Digər ölkələr
- 18 mart, 2018
- 14:27
Bakı. 18 mart. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə əldəqayırma partlayıcı qurğunun yol kənarında parladılması nəticəsində azı iki dinc sakin həlak olub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "The Khaama Press" agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə yerli vaxtla saat 07:00-da Paqman rayonunda baş verib. Daxili İşlər Nazirliyinin rəsmi nümayədəsi Nüsrət Rahimi bildirib ki, hadisə zamanı azı 1 nəfər xəsarət alıb.
Ölkə ərazisindəki terror qruplaşmalarından hələ heç biri partlayışa görə məsuliyyəti üzərinə götürməyib. Hücumun hədəfinin kim olduğu da hələ məlum deyil.
Agentliyin məlumatına görə, hüquq-mühafizə orqanları partlayışın törədilməsinə görə "Taliban" radikal hərəkatından şübhələnirlər.
Son xəbərlər
00:39
İstanbulda avtobus qəzasında ölənlərin sayı artıb
Region00:10
SEPAH: ABŞ-nin Lark adasına hücumu cavabsız qalmayacaq
Region23:53
"Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
Region23:37
Merts: Biz Almaniyada özümüzü müdafiə etmək iqtidarında olmalıyıq
Digər ölkələr23:25
Çikaqoda bir kişi insan kütləsinə atəş açıb, həlak olan var
Digər ölkələr23:12
Gəncə şəhərində yanğın baş verib
Hadisə22:49
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir
Hərbi22:46
Merts Leypsiqdəki PUA insidenti ilə bağlı cavab hazırlandığını bildirib
Digər ölkələr22:34
Video