İsrailin Hərbi Hava Qüvvələri Dəməşqin ətrafına zərbələr endirib
- 13 oktyabr, 2025
- 04:38

İsrailin Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı yer hədəflərini vurub.
"Report"un məlumatına görə, bu barədə "Sham TV" telekanalı xəbər verib.
Telekanalın məlumatına görə, zərbələr şəhərin cənub-qərbindəki Masaken-əl-Sabbura məhəlləsi yaxınlığındakı hərbi mövqelərə endirilib. Hücumun nəticələri ilə bağlı heç bir məlumat verilmir.
Oktyabrın 2-də İsrailin qırıcı təyyarələri Suriyanın paytaxtı Dəməşqin qərb və cənub ətraflarına hücum edib. İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr həmçinin qonşu Livanda hava məkanından yer hədəflərinə raket zərbələri endirib. Əl-Kisva şəhərinə azı səkkiz hücum olub.
Sentyabrın 6-da İsrailin Müdafiə Ordusu mexanikləşdirilmiş patrulunun Suriyanın cənubundakı Bir Əcəm və Breyqa qəsəbələrini radikallardan təmizlədiyi bildirilib. Qəsəbələrin təmizlənməsi İsrail pilotsuz təyyarələrinin dəstəyi altında həyata keçirilib.