İsraildə terrorçular artıq edam ediləcək
Digər ölkələr
- 30 mart, 2026
- 23:37
İsrail Knesseti (parlamenti) terrorçular üçün ölüm hökmünün tətbiqini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir məlumat verib.
"Tarix yazıldı! Söz verdik - yerinə yetirdik. Terrorçular üçün ölüm hökmü İsrail dövlətinin qanun kitabına əlavə edildi", - deyə o əlavə edib.
Dövlət televiziyası "Kan"ın məlumatına görə, hökm asılmaqla icra ediləcək.
Qanun layihəsi, həlledici üçüncü oxunuşda 120 yerlik Knessetin 62 üzvünün dəstəyini qazanıb. Baş nazir Benyamin Netanyahu və digərləri qanunun lehinə səs verib. Parlamentin qırx səkkiz üzvü isə tədbirin əleyhinə səs verib.
Son xəbərlər
10:12
Anar Bağırov: Vəkillik müstəqilliyi hüququn aliliyinin əsas təminatıdır
Xarici siyasət10:06
Video
Bakıda iki yolun kəsişməsində yeni tunel inşa ediləcək
İnfrastruktur10:06
Foto
Azərbaycan qılıncoynadanı Vahab Fətullayev beynəlxalq turnirdə bürünc medal qazanıb
Fərdi10:04
Foto
Video
Göygöldə qanunsuz tikili sökülüb
Daxili siyasət10:02
"Harmoniya" sənədli filmi bu gün Romada təqdim olunacaq
Din10:02
Cənubi Koreya 2029-cu ilə qədər öz peykinin istehsalına başlamağı planlaşdırır
Digər ölkələr09:58
Foto
Azərbaycanın fiqurlu konkisürənləri Gürcüstandakı Qran-pri yarışında iştirak ediblər
Fərdi09:40
Bakının iki rayonunda qaz olmayacaq
Energetika09:30