İsrail qüvvələri Qəzzaya zərbə endirib, ölənlərin sayı artıb - YENİLƏNİB
- 04 oktyabr, 2025
- 22:12

İsrail qüvvələrinin Qəzzaya zərbələri nəticəsində gün ərzində 55 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə "Al Jazeera"yə tibbi mənbələrdən məlumat daxil olub.
Bildirilib ki, onlardan 39-u Qəzzada həlak olub. 39 nəfərdən 17-si isə İsrailin yaşayış binasına endirdiyi zərbə nəticəsində ölüb. Bu sayın artacağı gözlənilir.
Ölənlərin arasında 4 nəfərin humanitar missiya əmkdaşları olduğu vurğulanıb.
Qeyd edək ki, İsrail hücumları ABŞ Prezidenti Donald Trampın Qəzzada sülh planının icra edilməsi ərəfəsində baş verib.
İsrail qüvvələrinin Qəzza şəhərinin Tuffah məhəlləsindəki evə zərbə endirməsi nəticəsində azı 17 fələstinli ölüb.
"Report" bu barədə "Al Jazeera"yə istinadən xəbər verir.
Bildirilib ki, zərbə nəticəsində onlarla insan yaralanıb və xəstəxanaların yaralıları müalicə etmə imkanları məhdudur.
"Haber Global"ın məlumatına görə, ölənlərin 7-si uşaqdır, 20 nəfərin isə dağıntıların altında qaldığı güman edilir.