İsrail ordusu Qəzzada HƏMAS-ın onlarla döyüşçüsünü məhv etdiyini açıqlayıb

Digər ölkələr
  • 09 noyabr, 2023
  • 16:25
İsrail ordusu Qəzzada HƏMAS-ın onlarla döyüşçüsünü məhv etdiyini açıqlayıb

İsrail ordusu Qəzzada HƏMAS-ın onlarla döyüşçüsünü məhv etdiyini açıqlayıb.

“Report” bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinə istinadən xəbər verir.

Əməliyyat Qəzza zolağında Əl-Şifa xəstəxanası yaxınlığındakı hərbi məhəllədə keçirilib. 162-ci diviziyanın piyada, tank bölmələri və mühəndis qoşunları İsrail Hərbi Hava Qüvvələrinin dəstəyi və xüsusi təyinatlıların köməyi ilə 50-dən çox terrorçunu məhv edib.

Qeyd edilir ki, əməliyyatın aparıldığı hərbi məhəllə HƏMAS hərəkatının strateji obyektlərindən, o cümlədən kəşfiyyat xidmətlərinin qərargahlarından ibarətdir.

44 - Tezliklə