İsrail ordusu 31 girovun ölməsi barədə yaxınlarına məlumat verib

Digər ölkələr
  • 07 fevral, 2024
  • 01:14
İsrail ordusu  31 girovun ölməsi barədə yaxınlarına məlumat verib

Qəzza zolağında keçirilən hərbi əməliyyat zamanı İsrail hərbçiləri anklavda saxlanılan məhbuslar arasından 31 girovun həlak olması barədə yaxınlarına məlumat verib.

"Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Həqari məlumatı paylaşıb.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də HƏMAS yaraqlıları Qəzza zolağından İsrail ərazisinə daxil olaraq 240-dan çox insanı girov götürüb. O vaxtdan bəri sektorda genişmiqyaslı hərbi əməliyyatlar davam edir.

44 - Tezliklə