Beyrutun cənubunda güclü partlayış baş verib - YENİLƏNİB-2
- 02 mart, 2026
- 18:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Livanın paytaxtı Beyrutun cənub qəsəbəsi olan Əl-Dahiyə rayonunda güclü partlayış baş verib.
"Report" xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Məlumata görə, partlayış o qədər güclü olub ki, Livan paytaxtının mərkəzində də hiss olunub.
ABŞ-nin səfirliyi əməkdaşlara sığınacaqlarda gizlənmək və pəncərələrdən uzaq durmaqla bağlı xəbərdarlıq edib.
Həmçinin səfirliyin "X" səhifəsində müraciət yayılıb: "Biz ABŞ vətəndaşlarını Livana səfərdən çəkinməyə çağırırıq. Əgər Livandasınızsa, kommersiya reysləri dayandırılmadan dərhal Livanı tərk edin".
Livanın paytaxtı Beyrutda güclü partlayışlar eşidilir, şəhərin üzərində nəhəng tüstü burumları yüksəlir.
Bu barədə "Report" "Əl-Cəzirə"yə istinadən xəbər verir.
İsrail Müdafiə Ordusu Livanın bütün ərazisində "Hizbullah"ın mövqelərinə silsilə hava zərbələrinin endirildiyini elan edib.
Bu barədə "Report" İsrail mediasına istinadən xəbər verir.
"Ordu bütün Livan ərazisində "Hizbullah"ın hədəflərinə zərbələr endirməyə başlayıb. Daha ətraflı məlumat sonra təqdim ediləcək", - məlumatda qeyd olunub.