İsrail hərbçisi İranla bağlı gözlənilməz ssenarilərə hazır olduğunu bildirib
Digər ölkələr
- 13 yanvar, 2026
- 04:09
İsrail hərbçiləri İrandakı etirazlar fonunda hər hansı gözlənilməz ssenarilərə qarşı daim hazırdır.
"Report" xəbər verir ki, bunu İsrail Ordusunun nümayəndəsi, briqada generalı Efi Defrin "X" sosial şəbəkəsində yazıb.
"İsrail Ordusu müdafiəyə hazırdır və gözlənilməz ssenarilərə qarşı hazır vəziyyətdədir", - o qeyd edib. General İrandakı etirazları İslam Respublikasının daxili məsələsi hesab edir.
Eyni zamanda, o, ictimaiyyəti təsdiqlənməmiş məlumat mənbələrinə etibar etməməyə çağırıb. "Son günlər İrandakı vəziyyətlə bağlı bir çox şayiələr yayılıb. Biz vəziyyəti müntəzəm olaraq qiymətləndirməyə davam edirik və hər hansı dəyişiklik baş versə, sizi məlumatlandıracağıq. Vurğulayıram: şayiələrə aldanmayın", - Defrin qeyd edib.
Son xəbərlər
00:14
Ermənistandakı Aİ Monitorinq Missiyasına yeni rəhbər təyin edilib
Region00:04
Zelenski: Ukrayna xalqı işğal olunmuş ərazilərin Rusiyada qalmasına razılıq verməyəcək
Digər ölkələr23:59
Pezeşkian: Sosial bərabərsizliklə barışmaq qəbuledilməzdir
Region23:48
Zelenski: Rusiya danışıqlar günü belə Ukraynaya hücum edir
Digər ölkələr23:40
UEFA Çempionlar Liqası: "Qalatasaray" "Yuventus"u darmadağın edib
Futbol23:24
İran Prezidenti: ABŞ ilə danışıqlar Xameneinin koordinasiyası ilə aparılır
Region23:11
Sibiqa: Rusiya Ukraynadakı ABŞ şirkətlərinə məqsədyönlü şəkildə hücum edir
Digər ölkələr23:01
Foto
Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
Xarici siyasət22:58