İspaniyada koronavirusa yoluxanların sayı artıb
Digər ölkələr
- 21 iyul, 2020
- 12:39
İspaniyada yüksək hazırlıq rejiminin ləğv edildiyi 21 iyun tarixindən sonra COVID-19 virusuna yoluxma halları 400 faiz artıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, ötən müddət ərzində 18 564 nəfərin yoluxduğu təsdiqlənmiş, bunlardan 1 154 nəfəri xəstəxanalara yerləşdirilib, 99 nəfər dünyasını dəyişib.
Həmçinin iyul ayının 3-də hər 100 min nəfərə düşən yoluxma sayı 8,76 olubsa, ayın 20-də bu rəqəm 27,39-dək yüksəlib.
İspaniyada koronavirus pandemiyası başlayandan 265 min nəfərin yoluxduğu, 28,4 min nəfərin də öldüyü qeydə alınıb. Səhiyyə Nazirliyinin anticisim üsulu ilə araşdırması bu xəstəliyi 2,3 milyon nəfərin keçirdiyini üzə çıxarıb ki, bu da ölkə əhalisinin 5,2 faizi deməkdir.
Son xəbərlər
19:48
Səadət Yusifova: Azərbaycan dövləti kino sektoruna hər zaman xüsusi qayğı ilə yanaşıb
Mədəniyyət19:47
Seutaya çatmağa çalışarkən həlak olan qanunsuz miqrantların sayı 57-yə çatıb - YENİLƏNİB-3
Digər ölkələr19:42
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Hadisə19:41
Ukraynada poliqonda baş verən partlayış zamanı dörd hərbçi xəsarət alıb
Digər ölkələr19:33
Avstriya İspaniya üçün Şengen vizalarının verilməsini dayandıra bilər
Digər ölkələr19:30
Foto
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb
Xarici siyasət19:28
Foto
"Rəqəmsal mediada ədəbi dil standartları" mövzusunda təlimlər başa çatıb
Media19:27
Foto
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində hakimlər kollegiyası müşavirəyə gedib
Hadisə19:26