İordaniya İrandan atılmış 20 raketi məhv edib
Digər ölkələr
- 11 iyun, 2026
- 12:39
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İordaniya Silahlı Qüvvələri İrandan krallıq ərazisi istiqamətində atılmış 20 raketi ələ keçirərək məhv edib.
"Report" xəbər verir ki, bu barədə İordaniyanın dövlət televiziyası Silahlı Qüvvələrin Baş Qərargahının bəyanatına istinadən məlumat yayıb.
Rəsmi hərbi mənbənin məlumatına əsasən, İordaniya Kral Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə sistemləri və təyyarələri bu gün İrandan Zərqa vilayətindəki Əzraq rayonu istiqamətində atılmış 20 raketi ələ keçirərək məhv edib.
Raket qalıqlarının yerə düşməsi insan tələfatına və maddi ziyana səbəb olmayıb.
"Ordunun mühəndis bölmələri partlayıcı maddələrin olmadığına əmin olmaq üçün raket qalıqlarını zərərsizləşdirib", - bəyanatda deyilib.
Son xəbərlər
16:07
Memarlar Sadıq Dadaşovla Mikayıl Useynovun Bakıda ucaldılacaq abidəsinin yeri dəyişdirilib
İncəsənət
16:07
Foto
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
Futbol
16:05
Azərbaycan əhalisinin yanacaq xərcləri 4 % artıb
Energetika
16:02
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət alıb
Hadisə
15:56
Eynulla Mədətli: Vahid geyim formasının tətbiqi şagirdlər arasında bərabərliyin təmin olunmasına xidmət edir
Elm və təhsil
15:55
Azərbaycanın U-16 millisi dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
Futbol
15:50
Qazaxıstan və Belçika kritik minerallar sahəsində əməkdaşlığı genişləndirmək qərarına gəliblər
Region
15:49
Enerji atəşkəsi, dizel sövdələşməsi – Rusiya-Ukrayna müharibəsində yeni bir sınaq
Analitika
15:43
"Azərbaycan Sənaye Bankı" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə