İndoneziyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 39-a çatıb
Digər ölkələr
- 08 dekabr, 2021
- 18:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İndoneziyanın Yava adasındakı Semeru vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb.
"Report" TASS-a istinadən xəbər verir ki, təbii hadisə nəticəsində 105 sakin zərər çəkib. Eyni zamanda 23 nəfər ağır yaralanıb. Hazırda zərərçəkənlərə tibbi yardım göstərilir.
Fövqəladə hallar xidmətləri axtarış-xilasetmə əməliyyatını davam etdirir. Rəsmi orqanlar 12 nəfərin itkin düşdüyü bildirib.
Xatırladaq ki, Lumajang rayonunda 3 676 metr yüksəklikdə yerləşən vulkan dekabrın 4-də püskürüb. Təbii hadisə ilə əlaqədar təxminən 3 700 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib. Vulkan püskürməsi zamanı ümumilikdə 3 minə yaxın ev və 24 məktəb binasına ziyan dəyib.
Son xəbərlər
06:25
İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib
Region05:59
Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq
Energetika05:26
İki İran vətəndaşı Mançesterdə terror aktı planlaşdırmaqda ittiham olunur
Digər ölkələr04:57
Arda Güler İtaliya ilə matçda oynamayacaq
Futbol04:24
UKMTO: Oman sahillərində neft tankerinə hücum edilib
Digər ölkələr04:21
"Yonhap": Şərq dənizi istiqamətində raket buraxıb
Digər ölkələr03:46
Tramp: ABŞ dizel yanacağının ixracına qadağa qoymayacaq
Digər ölkələr03:28
"Bloomberg": Pentaqon hərbi kibermütəxəssislərin maaşını azaldacaq
Digər ölkələr02:56