İndoneziyada məktəbin uçması nəticəsində ölənlərin sayı 36-ya çatıb
Digər ölkələr
- 05 oktyabr, 2025
- 17:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İndoneziyada internat tipli məktəbin binasının uçması nəticəsində ölən şagirdlərin sayı 36-a çatıb.
"Report"un məlumatına görə, bu barədə "CNN Indonesia" Milli Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, dağıntılar altında qaldığı güman edilən daha 27 şagirdin meyitinin axtarışı artıq 7-ci gündür davam edir. Onların əksəriyyəti 13–19 yaş arası yeniyetmələrdir.
Axtarış-xilasetmə işlərinin 60 %-i artıq tamamlanıb. Agentlik işləri oktyabrın 6-a qədər başa çatdırmağı planlaşdırır.
Qeyd edək ki, sentyabrın 30-da İndoneziyanın Sidoarjo şəhərində internat məktəbi binasının uçması zamanı 100 nəfərdən çox insan xəsarət almışdı.
Son xəbərlər
06:25
İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib
Region05:59
Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq
Energetika05:26
İki İran vətəndaşı Mançesterdə terror aktı planlaşdırmaqda ittiham olunur
Digər ölkələr04:57
Arda Güler İtaliya ilə matçda oynamayacaq
Futbol04:24
UKMTO: Oman sahillərində neft tankerinə hücum edilib
Digər ölkələr04:21
"Yonhap": Şərq dənizi istiqamətində raket buraxıb
Digər ölkələr03:46
Tramp: ABŞ dizel yanacağının ixracına qadağa qoymayacaq
Digər ölkələr03:28
"Bloomberg": Pentaqon hərbi kibermütəxəssislərin maaşını azaldacaq
Digər ölkələr02:56