İdlibdə on dörd köçkünlər düşərgəsi su altında qalıb

Digər ölkələr
  • 09 fevral, 2026
  • 03:46
İdlibdə on dörd köçkünlər düşərgəsi su altında qalıb

Suriyanın şimal-qərbindəki İdlib əyalətində günlərlə davam edən güclü yağışlardan sonra məcburi köçkünlər üçün ən azı 14 düşərgə su altında qalıb.

"Report" xəbər verir ki, bu barədə "North Press" agentliyi Suriyanın mülki müdafiə xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, daşqın mövsümi çay boyunca yerləşən Xirbet əl-Covz ərazisindəki düşərgələrə genişmiqyaslı ziyan vurub. Çadırlar su altında qalıb və təxminən 500 ailə təhlükəli vəziyyətdədir.

Hakimiyyət orqanları xilasetmə əməliyyatı aparır. Köçkünlər təxliyə olunur və şəhərlərdə və kənd yerlərindəki məktəblərdə yerləşdirilir. Qonşu əyalətlərdən mülki müdafiə bölmələri və səyyar tibbi yardım dəstələri İdlibə göndərilib.

Ərəb qəzeti olan "Əşarq Əl-Əvsat"ın məlumatına görə, Suriyanın şimal-qərbində təxminən bir milyon məcburi köçkün yaşayır və onlar 1150 düşərgədə yerləşdiriliblər ki, bunlardan 801-i İdlibin kənd yerlərində, 349-u isə Hələbin kənarlarındadır.

Son xəbərlər

Bütün Xəbər Lenti