İsraildə patrula hücum olub, 3 nəfər ölüb, biri yaralanıb

Digər ölkələr
  • 26 sentyabr, 2017
  • 08:40
İsraildə patrula hücum olub, 3 nəfər ölüb, biri yaralanıb
Фото: Й.Зиндель

Bakı. 26 sentyabr. REPORT.AZ/ İsraildə Qüdsdən şimal-qərbdə yəhudilərin məskunlaşdırıldığı Ar Adar ərazisində səhər saatlarında baş verən hücum nəticəsində 3 yəhudi ölüb, biri yaralanıb.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, yaralının vəziyyəti çox ağırdır.

“Qaley TSAXAL” radiostansiyasının məlumatına əsasən, 4 yəhudi məskunlaşdırıldıqları ərazidə patrul xidməti çəkərkən naməlum şəxs tərəfindən hücuma məruz qalıblar. Xəbərdə onların fələstinli olduğu ehtimal edilir.

Naməlum terrorçu Ar Adara ərazidə işləyən fələstinlilərlə birlikdə arxa qapıdan yaxınlaşıb. Patrullar şübhələnərək ona atəş açıb.

Təhlükəsizlik qüvvələrinin əməkdaşları terrorçulara atəş açaraq onları zərərsizləşdirib.

Faktla bağlı araşdırma aparılır.