İsrail Qəzza sektoruna hava zərbələri endirib, xəsarət alanlar var

Digər ölkələr
  • 18 fevral, 2018
  • 05:38
İsrail Qəzza sektoruna hava zərbələri endirib, xəsarət alanlar var

Bakı. 18 fevral. REPORT.AZ/ İsrailin Hərbi Hava Qüvvələri Qəzza sektorunda 18 hədəfə zərbə endirib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, zərbə nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Zərbələr yeraltı tunellərə, müşahidə qüllələrinə, təlim düşərgələrinə və silah emalatxanalarına endirilib.

Qeyd edək ki, İsrail-Fələstin sərhədində vəziyyət yenidən gərginləşib. Sabitlik yəhudi əsgərlərinin Qəzza zolağı ilə sərhəddə minaya düşərək yaralanmasından sonra pozulub.