​İraqda qaçqın düşərgəsinin atəşə tutulması nəticəsində 6 nəfər ölüb

Digər ölkələr
  • 27 iyul, 2016
  • 20:21
​İraqda qaçqın düşərgəsinin atəşə tutulması nəticəsində 6 nəfər ölüb

Bakı. 28 iyul. REPORT.AZ/ İraqın paytaxtı Bağdad şəhərində qaçqın düşərgəsinin minaatanlardan atəşə tutulması nəticəsində 6 nəfər ölüb.

"Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, ölənlərdən 4-ü uşaq, 1-i qadındır.

Məlumata görə, düşərgəyə üç mərmi düşüb.

Hadisəyə görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.