Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir
- 19 sentyabr, 2026
- 09:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Misli Premyer Liqasında VI turun daha iki oyunu bu gün keçiriləcək.
"Report"un məlumatına görə, günün ilk matçında "Turan Tovuz" "Zirə"ni qəbul edəcək.
Qarşılaşma saat 17:30-da start götürəcək. Bölgə klubu 8 xalla beşinci, paytaxt təmsilçisi 10 xalla dördüncü pillədə qərarlaşıb.
Daha sonra "Sabah" "İmişli"ni sınağa çəkəcək. Bu görüş saat 19:45-də başlayacaq. Ehtiyatda bir oyunu olan son ölkə çempionu 12 xalla üçüncü sıradadır. Qonaqlar 4 xalla səkkizincidir.
Misli Premyer Liqası
I dövrə, VI tur
19 sentyabr
17:30. "Turan Tovuz" – "Zirə"
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nicat İsmayıllı.
VAR: Əli Əliyev.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz şəhər stadionu
19:45. "Sabah" – "İmişli"
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov.
VAR: Rauf Cabarov.
AVAR: Tərlan Talıbzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
"Bank Respublika Arena"
Xatırladaq ki, tura sentyabrın 20-də yekun vurulacaq. Ötən gün "Neftçi" "Qəbələ"ni (3:0), "Qarabağ" "Şəfa"nı məğlub edib - 1:0.