​İraq ordusu Diyala əyalətini İŞİD silahlılarından azad edib

Digər ölkələr
  • 27 yanvar, 2015
  • 04:41
​İraq ordusu Diyala əyalətini İŞİD silahlılarından azad edib

Bakı. 27 yanvar. REPORT.AZ/ İraq hərbçiləri Bağdadın şimal-şərqində yerləşən Diyala əyalətini "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının üzvlərindən azad ediblər.

"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, İraq ordusunun general-leytenantı Əbdüləmir əl-Zaidinin sözlərinə görə, indi əyalətin şərqində bütün şəhər və rayonlara nəzarət bərpa olunub.

Bundan əvvəl kürd özünü müdafiə qüvvələrinin Suriyanın şimalında yerləşən Kobani şəhərini İŞİD terrorçularından azad etməsinə dair məlumat yayılsa da, ABŞ tərəfi faktı təsdiq etməyib.