İranla “altılıq” dövlətləri arasında aparılan danışıqlarda ciddi irəliləyiş gözlənilir

Digər ölkələr
  • 28 fevral, 2015
  • 19:13
İranla “altılıq” dövlətləri arasında aparılan danışıqlarda ciddi irəliləyiş gözlənilir

Bakı. 28 Fevral. REPORT.AZ/ İranla “altılıq” ölkələri (BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniya) arasında aparılan nüvə danışıqlarında ciddi irəliləyiş gözlənilir.

"Report"un İnterfaks agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə İranın Xarici işlər naziri Cavad Zəfir məlumat verib.

Onun sözlərinə görə, ya bütün mübahisəli məsələlər öz həllini tapacaq ya da heç bir razılaşma əldə olunmayacaq.

"Qərb İrana qarşı yönəldilən sanksiyaların necə ciddi bir təhlükə mənbəyi olduğunu anlamalıdır", - deyə İranlı nazir vurğulayıb.

44 - Tezliklə