"Hizbullah" İsrailin şimalına 30-a yaxın raket atıb

Digər ölkələr
  • 15 aprel, 2026
  • 10:33
Hizbullah İsrailin şimalına 30-a yaxın raket atıb

"Hizbullah" bu gün səhər Livandan İsrailin şimalındakı Qalileya bölgəsinə təxminən 30-a yaxın raket buraxıb.

Bu barədə "Report" İsrailin 12-ci telekanalına istinadən xəbər verir.

İsrail Müdafiə Ordusunun məlumatına görə, Livandan buraxılan üç raket ələ keçirilib, qalanları açıq əraziyə düşüb.

Atəş nəticəsində Manara və Kiryat-Şmona yaşayış məntəqələrində hava həyəcan siqnalı sirenləri işə düşüb.

Hazırda zərər çəkənlər barədə məlumat yoxdur.

Xatırladaq ki, aprelin 14-də Vaşinqtonda ABŞ-ın himayəsi altında Livan-İsrail təmaslarının ilkin raundu keçirilmişdi, burada atəşkəs sazişinə nail olmaq məqsədilə sülh danışıqlarının başlama tarixi müəyyən edilməli idi. Nümayəndə heyətlərinə Livanın və İsrailin ABŞ-dakı səfirləri Nada Hammad-Muavvad və Yexiel Layter rəhbərlik edirdilər.

44 - Tezliklə