Hindistanda mitinqdə izdihamda ölənlərin sayı 36-ya çatıb, 58 nəfər yaralanıb - YENİLƏNİB
- 27 sentyabr, 2025
- 23:27

Hindistanın Tamil Nadu ştatında mitinqdə baş verən izdihamda ölənlərin sayı 36-ya çatıb, 58 nəfər xəstəxanaya yerləşdirilib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" Tamil Nadunun səhiyyə naziri M.Subramanianın bəyanatına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, ölənlər arasında 8 uşaq və 16 qadın var.
Qeyd edək ki, insident Tamil aktyoru və siyasətçi Vicayın Hindistanın cənubundakı Tamilnad əyalətində keçirdiyi mitinq zamanı qeydə alınıb. O, 2026-cı ilin əvvəlinə ştatda təyin edilmiş parlament seçkiləri üçün təbliğat aparır.
Tamil aktyoru və siyasətçi Vicayın Hindistanın cənubundakı Tamilnad əyalətində keçirdiyi mitinqdə azı 29 nəfər ölüb, 50-yə yaxın adam yaralanıb.
"Report"un xəbərinə görə, bu barədə şənbə günü "Hindu" qəzeti ştatın səhiyyə naziri M.Subramanyana istinadən məlumat yayıb.
"Vijayın siyasi partiyası Tamilaga Vettri Kazhaqama dəstək olaraq ştatda davam edən seçki turunun bir hissəsi olan Karur şəhərində keçirilən görüşdə xeyli insan toplanıb. Hadisə yerinə yaxın rayonlardan azı 44 həkim göndərilib", - məlumatda bildirilir.
"Tamilnad ştatının Karur şəhərində siyasi mitinq zamanı baş verən xoşagəlməz hadisə dərin hüzn doğurur", - Hindistanın Baş naziri Narendra Modi "X" sosial şəbəkəsində yazıb.