Hindistanda tikilməkdə olan tuneldə partlayışda ölənlərin sayı 20-yə çatıb

Digər ölkələr
  • 22 iyul, 2026
  • 15:48
Hindistanda tikilməkdə olan tuneldə partlayışda ölənlərin sayı 20-yə çatıb

Hindistanın şimal-şərqində tikilməkdə olan tuneldə metan sızması nəticəsində baş verən partlayışdan sonra ölənlərin sayı 20-yə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, 5 nəfər isə köməksiz vəziyyətdə qalıb.

"Tuneldə qapalı qalan 25 nəfərdən 20-nin öldüyü təsdiqlənib", - polis əməkdaşı bildirib.

Hadisə ötən gün baş verib. Rəsmi məlumatlara görə, partlayış zamanı tuneldə 25 nəfər olub. Daha əvvəl 9 nəfərin öldüyü bildirilirdi.