Hindistanda 70 nəfər təbii fəlakətin qurbanı olub
Digər ölkələr
- 26 iyun, 2015
- 10:59
Bakı. 26 iyun. REPORT.AZ/ Hindistanın qərbində yerləşən Qucarat ştatında azı 70 nəfər leysan nəticəsində əmələ gəlmiş daşqın və torpaq sürüşməsinin qurbanı olub.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu dövlət naziri Nitin Patel bildirib.
Onun sözlərinə görə, daşqın nəticəsində təkcə Amreli rayonunda 26 nəfər ölüb.
Hindistan Hərbi Hava Qüvvələrinin vertolyotları vasitəsi ilə avtobusun 44 sərnişini xilas edilib.
Daşqın təhlükəsinə görə Amreli, Rackot, Bhavnaqar və Gir-Somnath şəhərlərinin əhalisi evlərini tərk etməyə məcbur olublar.
Qucarat hökuməti ölənlərin hər birinin ailəsinə 6,3 min dollara yaxın maliyyə yardımı ayırıb. Məlumata əsasən, daha çox xəsarət alan rayonlara da maddi yardımlar ediləcək.
Son xəbərlər
09:27
Pyer-Emerik Obameyanq Zlatan İbrahimoviçin göstəricisini təkrarlayıb
Futbol09:18
Bakıda TDT Müsəlman dini liderlərinin 7-ci Görüşü keçirilir
Din09:12
İndoneziyada gəmi qəzasında itkin düşən 130 nəfərin axtarışıları davam edir
Digər ölkələr09:07
Azərbaycan "Septembre Musical Montreux–Vevey" festivalında iştirak edir
Mədəniyyət siyasəti09:00
Premyer Liqa: V tura "Şəfa" - "Sabah" oyunu ilə yekun vurulur
Futbol09:00
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.09.2026)
Maliyyə08:48
"Bakı Metropoliteni" QSC: Qırmızı xətt üzrə interval bərpa olunub - YENİLƏNİB-2
İnfrastruktur08:32
Tokayev Cənubi Koreyada dövlət səfərindədir
Digər ölkələr08:16