Heqset: Təchizat yolları və anbarlar ABŞ-yə mümkün hücumun hədəfi olacaq
- 08 noyabr, 2025
- 04:49
ABŞ-yə mümkün hücumun hədəfləri təchizat yolları, anbarlar və informasiya sistemləri olacaq.
"Report"un məlumatına görə, bunu Pentaqon rəhbəri Pit Heqset sənaye liderləri, hərbi rəhbərlər və hökumət rəsmilərinin qarşısında çıxışı zamanı bildirib.
"Biz yalnız logistikamız bizi dəstəklədiyi müddətdə döyüş apara bilərik. Rəqiblərimiz bunu bilirlər və təşkilatlanmağımızı pozmaq üçün təchizat yollarımıza, limanlara, aerodromlara, anbarlara və informasiya sistemlərimizə hücum edəcəklər", – deyə Heqset vurğulayıb.
Bundan əlavə, o bildirib ki, zərurət yaranarsa, ABŞ mövcud resursları ilə müharibəyə girəcək və qələbə qazanacaq. Onun sözlərinə görə, Vaşinqtonun ixtiyarında dünyanın ən yaxşı və ən güclü silahları var.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp "USS George Washington" aviadaşıyıcısında hərbçilər qarşısında çıxışı zamanı ABŞ-nin tarixdəki ən güclü və qüdrətli silahlı qüvvələrə sahib olduğunu bəyan etmişdi.