"HƏMAS" Qəzzada atəşkəs razılaşmasını təsdiqləyib

Digər ölkələr
  • 09 oktyabr, 2025
  • 03:15
HƏMAS Qəzzada atəşkəs razılaşmasını təsdiqləyib

"HƏMAS" Qəzzada atəşkəs razılaşmasının əldə olunduğunu təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə hərəkatın bəyanatında deyilir.

"HƏMAS Şarm əş-Şeyxdə ciddi və məsuliyyətli danışıqlar aparıb, bundan sonra Qəzza zolağında müharibənin dayandırılması ilə bağlı razılaşmanı elan etməyə hazırdır", - bəyanatda deyilir.

Radikallar dolayı məsləhətləşmələrdə vasitəçi qismində göstərdikləri səylərə görə Misir, Qətər və Türkiyəyə təşəkkür edib, atəşkəs və İsrail qoşunlarının Qəzzadan çıxarılması istiqamətində çalışdığına görə ABŞ prezidenti Donald Trampa minnətdarlığını bildirilər.

"Biz bir daha təsdiq edirik ki, xalqımızın fədakarlığı boşa getməyəcək və vədimizə sadiq qalacağıq və xalqımızın milli hüquqlarından, o cümlədən azadlıqdan, müstəqillikdən və öz müqəddəratını təyin etmək hüququndan əl çəkməyəcəyik", - mətndə deyilir.

"CNN" mənbələrə istinadən məlumat yayıb ki, Fələstinin HƏMAS hərəkatı tərəfindən Qəzza zolağında saxlanılan israilli girovlar oktyabrın 11 və ya 12-də azad ediləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti