Haitidə seçkilər zamanı senator ətrafdakılara atəş açıb, xəsarət alanlar var

Digər ölkələr
  • 23 sentyabr, 2019
  • 22:07
Haitidə seçkilər zamanı senator ətrafdakılara atəş açıb, xəsarət alanlar var

Haiti Senatında baş nazir seçkiləri zamanı atışma olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "HaitiLibre" məlumat yayıb.

Məlumata görə, atəş zamanı 2 nəfər xəsarət alıb. Yaralananlardan biri "Associated Press" agentliyinin fotoqrafıdır. 

Portal bildirib ki, hadisə zamanı həmçinin Senat aparatının əməkdaşı xəsarət alıb.

Atəş açan şəxs senatorlardan biri olub.