Gürcüstanda müxalifətçi məhkəmənin qərarı ilə həbs edilib
- 13 sentyabr, 2025
- 23:25

Tbilisi Şəhər Məhkəməsi müxalif Vahid Milli Hərəkat Partiyasının Siyasi Şurasının sabiq sədri Levan Xabeişvili barəsində həbs qətimkan tədbiri seçib.
"Report" yerli KİV-ə istinadən xəbər verir ki, hökumətin devrilməsinə çağırışda və hüquq-mühafizə orqanlarının əməkdaşlarına rüşvət verməyə cəhddə ittiham olunur.
Qeyd edək ki, o, bundan əvvəl də həbs olunub.
Xatırladaq ki, sentyabrın 11-də Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti keçmiş müdafiə naziri Juanşer Burçuladzenin korrupsiyada ittiham olunaraq həbsi və Vahid Milli Hərəkat Partiyasının keçmiş lideri Levan Xabeişvilinin saxlanılması barədə məlumat yayıb.
Xabeişvili məhkəmənin qərarı ilə həbs edilib və onu dörd ildən yeddi ilədək həbs cəzası gözləyir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə Xabeişvilinin saxlanmasını şərh edərkən bildirib ki, o, şifrəsi açılmış agentdir.