Gürcüstan ABŞ-la münasibətlərdə yeni səhifənin açılmasına ümid edir
Digər ölkələr
- 12 sentyabr, 2025
- 10:23
Gürcüstanın ABŞ-dəki səfiri Tamar Taliaşvili amerikalı senator Stiv Deynsla görüşüb.
"Report" xəbər verir ki, səfir bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
"ABŞ senatoru Stiv Deyns ilə görüşmək mənim üçün çox xoş oldu. Biz ABŞ-Gürcüstan münasibətlərində yeni səhifənin açılmasını, mövcud əlaqələrin gücləndirilməsini, həmçinin regionumuzda sülh və rifahın vacibliyini müzakirə etdik", - T.Taliaşvili yazıb.
Xatırladaq ki, Gürcüstan Prezidenti Mixail Kavelaşvili sentyabrın 1-də ABŞ Prezidenti Donald Trampa açıq məktub göndərib, məktubda iki ölkə arasında strateji tərəfdaşlığın bərpa olunacağına ümid etdiyini bildirib.
Son xəbərlər
09:04
Xaçmazda 60 yaşlı kişi pilləkəndən yıxılaraq ölüb
Hadisə09:04
Azərbaycanın qadın futbolçulardan ibarət millisi bu gün Andorra ilə qarşılaşacaq
Futbol09:03
Bakıda AQEM-in qadınların liderliyinə həsr olunmuş beynəlxalq konfransı keçirilir
Xarici siyasət09:00
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (14.04.2026)
Maliyyə08:57
Şirvanda keçmiş məhkumda 8 kiloqrama yaxın marixuana aşkarlanıb
Hadisə08:53
Pakistan İran-ABŞ danışıqlarının yeni mərhələsinin keçiriləcəyini elan edib
Digər ölkələr08:37
Livanın cənubunda daha bir İsrail hərbçisi həlak olub
Digər ölkələr08:08
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur07:50