Geofiziklər Kaliforniyada güclü zəlzələ proqnozlaşdırıblar

Digər ölkələr
  • 12 mart, 2016
  • 07:10
Geofiziklər Kaliforniyada güclü zəlzələ proqnozlaşdırıblar

Bakı. 12 mart. REPORT.AZ/ Kaliforniya geofizikləri ştatın cənubunda baş verə biləcək və 1812-ci ilin faciəsini təkrarlayacaq güclü zəlzələ proqnozlaşdırıblar.

"Report" xəbər verir ki, alimlərin tədqiqatları "Science Advances" jurnalında dərc olunub.

1812-ci il dekabr ayının 8-də San-Xuan-Kapistrano rayonunda 7.5 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Kaliforniyada qeydə alınan ən güclü təkanlar olub. 

Tədqiqatlar göstərir ki, zəlzələ təkrarlana bilər və daha dağıdıcı nəticələrə gətirib çıxara bilər. 

44 - Tezliklə