FTB sistemləri bir neçə ay ərzində ikinci dəfə kiberhücuma məruz qalıb
- 21 noyabr, 2026
- 07:44
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Federal Təhqiqat Bürosu (FTB) cinayət və hüquq pozuntuları barədə məlumatların saxlanıldığı milli məlumat bazasına kiberhücumla bağlı araşdırma aparır.
"Report" xəbər verir ki, bu barədə CNN vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, haker hücumuna ABŞ-ın bütün ərazisində hüquq-mühafizə orqanlarının istifadə etdiyi Milli Cinayət Məlumatları Mərkəzinin (NCIC) informasiya sistemi məruz qalıb.
Məlumat bazasından axtarışda olan şəxslər, qüvvədə olan həbs orderləri barədə məlumatların yoxlanılması və hüquq-mühafizə strukturları arasında informasiya mübadiləsi üçün istifadə olunur.
Telekanalın məlumatına görə, bu, son bir neçə ay ərzində FTB-nin informasiya sistemlərinə ikinci haker müdaxiləsidir. Sentyabrda hakerlər büro əməkdaşlarının şəxsi məlumatlarını əldə etmək məqsədilə qurumun informasiya infrastrukturuna hücum edibl