ABŞ Kənd Təsərrüfatı Nazirliyinin sisteminə kiberhücum olub
- 21 noyabr, 2026
- 06:55
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Kənd Təsərrüfatı Nazirliyi (USDA) bu həftə fermerlərə ödənişləri təmin edən sistemin zərər gördüyü kiberhücuma məruz qalıb.
"Report" xəbər verir ki, bu barədə NBC News telekanalı vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, nazirliyin rəhbərliyi cümə axşamı əməkdaşları kiberhücum barədə məlumatlandırıb. Hazırda hakerlərin fermerlərə ödənişlərin həyata keçirilməsi üçün istifadə olunan məlumat bazasına hücum etdiyi təsdiqlənib.
Telekanalın həmsöhbətləri bildiriblər ki, ələ keçirilmiş sistem vasitəsilə hakerlər daha məxfi məlumatlara, o cümlədən ərzaq məhsullarının təhlükəsizliyi və heyvanlardan insanlara keçən xəstəliklərlə bağlı tədqiqatların nəticələrinə çıxış əldə edə bilərlər.
Hələlik heç bir haker qrupu hücuma görə məsuliyyəti üzərinə götürməyib.