Fransanın Lion şəhərindəki iğtişaşlarda 5 polis əməkdaşı xəsarət alıb

Digər ölkələr
  • 18 may, 2016
  • 03:45
Fransanın Lion şəhərindəki iğtişaşlarda 5 polis əməkdaşı xəsarət alıb

Bakı. 18 may. REPORT. AZ / Fransanın əmək qanunvericiliyinə islahatlar əleyhinə Lion şəhərində keçirilən nümayişlərdə beş polis əməkdaşı xəsarət alıb.

"Report" xəbər verir ki, bu haqda Fransa Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Pyer-Anri Brand məlumat verib.

"Hüquq-mühafizə orqanlarının beş əməkdaşı etiraz aksiyasında yaralanıb. Onlardan biri ağır xəsarət alıb"- deyə Brand bildirib.

Nazirlik rəsmisi həmçinin etiraz aksiyasında 1,7 min nəfərin iştirak etdiyini açıqlayıb. Lakin həmkarlar ittifaqları 7 min etirazçının küçələrə çıxdığını bildirir.

Qeyd edək ki, Fransada əmək qanunvericiliyinə dəyişikliklər edilməsi səbəbindən son iki ayda ölkənin iri şəhərlərində mütəmadi tətillər keçirilir. Etiraz aksiyaları iğtişaşlarla, polislə qarşıdurmalarla müşayiət olunur.